Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Ay missiyası “Ay Snayperi”ni işə salır. Kosmik gəmini daşıyan raket uğurla buraxılıb.
H2-A raketi Yaponiyanın cənubundakı kosmik mərkəzdən göndərilib.
Raket Ağıllı Ay Tədqiqat Vasitəsi kimi tanınan dəqiq eniş aparatını daşıyır.
Raketin 4-6 ay ərzində Ay səthinə enməsi gözlənilir.
Əslində “Ay Snayper” adlı missiyanın avqust ayında başlaması nəzərdə tutulmuşdu, lakin əlverişsiz hava şəraiti səbəbindən missiya 1 həftə ərzində 3 dəfə təxirə salınıb.