Yaponiyadan Şimali Koreya narahatlığı: “ABŞ və Cənubi Koreya ilə…”

image-japans-prime-minister-fumio-kishida-and-his-cabinet-ministers-attend-a-photo-session-at-kishidas-residence-in-tokyobackend

“Koreya tərəfindən buraxılan ballistik raket təxminən 400 km uçub, uçuşunun maksimal hündürlüyü 50 km olub”.

Busaat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Yaponiyanın müdafiə naziri Yasukazu Hamada deyib.

Hamada həmçinin, Pxenyanın hərəkətlərini pisləyib və bunu BMT Təhlükəsizlik Şurasının hazırkı qətnamələrinin birbaşa pozulması kimi qiymətləndirib.

“Raket ölkəmizin Yapon dənizindəki əsas iqtisadi zonasından kənara düşüb. Hazırda məlumatların təhlili davam edir” – deyə yapon nazir bildirib.

Yaponiya müdafiə nazirliyinin rəhbəri Şimali Koreya təhlükəsinə qarşı ABŞ və Cənubi Koreya ilə qarşılıqlı işləməyə davam edəcəklərini və Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreya tərəfinə kəskin etiraz etdiklərini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90