Yaşayış binasında yanğın – 4 ölü

image-yangin76jpg-1718607065backend

Vyetnamın paytaxtı Hanoyda çoxmərtəbəli binada baş vermiş yanğında üçü uşaq olmaqla azı dörd nəfər ölüb.

Busaataz xəbər verir ki, bu barədə “Vietnam News” məlumat yayıb.

Məlumata görə, yanğın altı mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində olub.

Yanğın lokallaşdırılıb və iki saat sonra söndürülüb. Xilasedicilər yanğın baş verən ərazinin kəşfiyyatı zamanı ən böyüyü 11 yaşında olan üçü azyaşlı olmaqla dörd nəfərin meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki