“Yaxın dostlarınız kimi biz də Azərbaycanın Zəfərini bayram etmişik” – Şavkat Mirziyoyev

image-savkatbackend

“Sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində. Biz bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verdiyini görürük. Səmərqənddə Zirvə Görüşü ilk dəfə olaraq yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir”.

Busaat.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

Böyük Qələbə – 8 Noyabr günü münasibətilə dövlət başçısını təbrik edən Özbəkistan Prezidenti deyib ki, yaxın dostlarınız kimi biz də Azərbaycanın Zəfərini bayram etmişik.

“Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar”, – deyə Prezident Şavkat Mirziyoyev əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90