Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 848 $▲0.15%
  • Ethereum2 243 $▲0.36%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Yaxın günlərdə bu səbəbdən müharibə şiddətlənəcək” - ŞƏRH

image-ukrayna-rusiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Leopard tankları çox güclüdür. Bu tanklar sayəsində Ukrayna əks-hücuma keçəcək, ərazilərini işğaldan azad etməyə çalışacaq. Bu səbəbdən Rusiya yenidən aktiv hücuma keçdi”.

Bunu Rusiyanın aktiv şəkildə Ukraynanı bombalamasına münasibət bildirən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

image-elsad_hesenov

O bildirib ki, Rusiya Ukraynanın bir çox şəhərlərinə raket zərbələri endirərək enerji bloklarını məhv edib:

“Ortaya maraqlı sual çıxır, Rusiya niyə birdən-birə yenidən Ukraynaya çoxsaylı raket zərbələri endirməyə başladı? Avropada keçirilən görüşdə 54 ölkə yenidən Ukraynaya hərbi yardım göstərilməsi haqqında qərar qəbul etdi. Əlavə olaraq Almaniya prezidenti Leopard tanklarından istifadə üçün Ukraynaya icazə verdi. Bununla yanaşı Bayden də 31 ədəd Abrams tanklarının Ukraynaya göndərilməsi haqqında göstəriş verdi. Zelenski uzun zaman idi ki, Avropadan Leopard tanklarını istəyirdi. Leopard tankları çox güclüdür. Bu tanklar sayəsində Ukrayna əks-hücuma keçəcək, ərazilərini işğaldan azad etməyə çalışacaq. Bu səbəbdən Rusiya yenidən aktiv hücuma keçdi”.

Politoloq Rusiyanın çətin vəziyyətə düşəcəyini proqnoz edib: “Rusiyanın güclənməsi haqqında heçnə demək olmaz. Çünki Rusiya getdikcə zəifləyir. Həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən ehtiyatları tükənir. Əhali arasında müharibəyə qarşı etiraz səsləri ucalır. Ukrayna ordusu isə əksinə Avropanın və ABŞ-ın sayəsində getdikcə daha da güclənir. Yaxın günlərdə bu tanklar sayəsində müharibənin daha da şiddətlənəcəyi gözlənilir”.

Ələsgər

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98597