“Yaxın zamanlarda Azərbaycanın anti-terror əməliyyatları keçirəcəyinə inanıram…” – ŞƏRH

image-8b0ac54e-5085-43cd-b10c-5a898ef9ca33backend

Hazırda Moldovada təxminən əlliyə qədər dövlət və hökumət rəhbərlərinin iştirakı ilə sammit keçirilir. Eyni zamanda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılıb. Digər danışıqlarda olduğu kimi bu görüşdən sonra da Ermənistan dövləti sülh sazişinin imzalanmasından boyun qaçırarsa, o zaman Azərbaycanın konkret qərarı nə olacaq?

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Busaat.az-a açıqlaqmasında bildirib ki, Kişinyovda hansısa sənədin imzalanacağına inanmır:

“Buna inanmaq bir qədər sadəlövhlük olar. Təbii ki, Avropa İttifaqı birmənalı şəkildə Rusiyanın öncüllüyünü əlindən almaq və Rusiyanı Qafqazdan təcrid etmək istəyir. Paşinyan isə erməni xislətinə uyğun olaraq özünü həm Avropaya yaxın göstərir, həm də Rusiyanın bir oyuncağı kimi çıxış edir. Paşinyan siyasətçi deyil. Lakin özünü elə aparır ki, sanki hər şey onun əlindədir. Bu təxribatların olması ehtimalı yüksəkdir. İstər Qarabağ, istərsə də Tovuz əraziləri ilə sərhəddə ermənilər silah-sursat yığır. Bu Moskvanın növbəti təxribatıdır. Məqsəd Azərbaycanı təxribata çəkmək, daha sonra isə bəyan ediləcək ki, Azərbaycan ərazi iddiaları edir. 

Görünən odur ki, bunun arxasında Ermənistan hərbçilərinin və Rusiya hərbçilərinin birgə maraqları durur. Bu təxribatların olduğu şəraitdə Azərbaycan Prezidenti mayın 28-i Şuşada öz mövqeyini bildirib. Əgər hansısa bir ciddi bir təxribat olsa, Azərbaycan rus sülhməramlılarının orda olmasından asılı olmayaraq ya Xocalıya, ya da Xocavəndə Azərbaycan ordusu bayraq sancacaqdır. Anti-terror əməliyyatları istisna olunmur. Buna ölkəmizin tam hüququ çatır. Yaxın zamanlarda Azərbaycanın güclü anti-terror əməliyyatları keçirəcəyinə inanıram”.

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki