Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.55 $▼0.15%
  • WTI neft100.07 $▼0.71%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.058 $▲0.69%
  • Qızıl4 073 $▲1.07%
  • Gümüş54.53 $▲1.44%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 803 $▲0.99%
  • Ethereum2 348 $▲1.21%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Cəmiyyət

Yayılan videoya görə məktəblilər saxlanıldı - Direktor idarəyə çağrıldı (VİDEO)

image-1643190720_11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ötən gün şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin hansı məktəbdə baş verdiyi məlum olub.
Busaat.az-ın məlumatına görə, hadisə Bakının 165 saylı orta məktəbində, coğrafiya fənnindən dərs keçən 43 ilin müəllimi Nərgiz İsmayılovanın dərsində baş verib.
Əldə etdiyimiz məlumata görə, videoda sözü gedən şagirdlər dünən gecə polislər tərəfindən saxlanılıb və izahatları alınıb.
Məktəbin direktoru Vüqar Məmmədov isə hazırda Bakı Şəhər Təhsil İdarəsinə çağrılıb.
Qeyd edək ki,  sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.
Bundan əlavə partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür.
Dünən məsələ ilə bağlı Təhsil Nazirliyi görüntülərin Azərbaycan məktəblərində olmasının  təsdiqini tapmadığını bildirərək, Təhsil Nazirliyi tərəfindən araşdırma aparılırdığını açıqlamışdı.
Qaynarinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=69545