Münaqişənin bütün Yaxın Şərqə yayılmasının qarşısını almaq üçün Fələstin-İsrail münaqişəsində qan tökülməsi dərhal dayandırılmalıdır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“İlk növbədə axan qanı dayandırmaq və böhranın bütün regionu bürüməsinin qarşısını almaq lazımdır. Əks halda münaqişə heç vaxt dayandırılmayacaq”, – diplomat deyib.
Nebenzya həmçinin girovların tez bir zamanda azad edilməsi də daxil olmaqla diplomatik həll üzərində işləməyə çağırıb.
“İnsan gec-tez bu yolla getməli olacaq. Yeganə sual bu arada nə qədər günahsız insanın öləcəyidir”, – diplomat qeyd edib.
Busaat.az