Koronavirusun yeni “Omicron” ştamı hazırda dünyanın 77 ölkəsində aşkar olunub.
Busaat.az xəbər verir ki, bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, virus yüksək templərlə hərəkət edir.
Qeyd edək ki, dekabrın 13-ü Böyük Britaniyada “Omicron” ştamından ilk ölüm faktı qeydə alınıb.