Yeni təhlükəli COVID ştammının adı bəlli oldu

image-1637994374_5e923a9669815_coronavirusbackend
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bugünlərdə Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq “Omikron” adı verib.
Busaat.az İnterfax-a istinadən xəbər verir ki, təşkilatın bəyanatında B.1.1.529 ştammı “narahatlıq doğurucu variant” kimi qiymətləndirilib və mövcud PCR testlərinin koronavirusun bu ştamını aşkarlaya biləcəyini vurğulanıb.

Qeyd edək ki, hələlik B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honq-Konqa və Belçikada tapılıb.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90