Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.86 $▲1.05%
  • WTI neft101.13 $▲0.34%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.062 $▲0.82%
  • Qızıl4 069 $▲0.98%
  • Gümüş54.41 $▲1.22%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda612.00 ¢▼0.41%
  • Bitcoin80 871 $▲0.31%
  • Ethereum2 354 $▲0.55%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Sağlamlıq

“Yenidən xəstə sayı kəskin arta bilər” – XƏBƏRDARLIQ

image-1612975476_1591678071_xes
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Koronavirus xəstələrinin ictimai yerlərdə aşkar edilməsi hallarının artması cəmiyyəti daha təhlükəli hallarla üz-üzə qoya bilər.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, qorunma tədbirlərinə ciddi riayet etməliyik: “Burada əsas məsələ vətəndaş məsuliyyətsizliyi durur. Əgər bir şəxs koronavirus xəstəsi olduğunu bilərək ictimai yerlərə gedib, insanlarla təmasda olmaqdan çəkinmirsə, belə insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Həmin şəxs özünü çox rahat hiss edə bilər, amma bilməlidi ki, yoluxdurduğu hər hansı bir şəxsin xəstəliyi daha ağır vəziyyətdə keçirməyinə və hətta ölümünə səbəb ola bilər. Hər zaman qeyd edirik ki, asemptomatik xəstələr özləri də bilmədən digər insanları yoluxdura bilirlər. İctimai yerlərdə giriş zamanı hər kəsin temperaturuna nəzarət olunur. Bu, o demək deyil ki, həmin şəxsin temperatur göstəricisi normaldı deyə rahat ola bilərik. Buna əsasən yenə qeyd etmək istəyirəm ki, ictimai yerlərə getdiyimiz zaman əsas qorunma tədbirlərinə ciddi riayet etməliyik. Əks halda yenidən yoluxan xəstə sayının kəskin artması ilə qarşılaşa bilərik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=34927