Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft112.43 $▲1.43%
  • WTI neft103.49 $▲2.12%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.062 $▼0.07%
  • Qızıl4 052 $▼0.10%
  • Gümüş53.69 $▼0.79%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.75 ¢▼1.59%
  • Bitcoin80 453 $▼0.43%
  • Ethereum2 331 $▼0.68%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Hadisə

Yevlaxda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

image-yevlaxda-agir-yol-qezasi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yevlax-Xaldan yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 minik avtomobilinin toqquşması zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Busaat.az-ın məlumatına görə, qəza nəticəsində Yevlax rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Namiq Qabil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mingəçevir şəhər sakinləri, 1961-ci il təvəllüdlü Paşayev Gəray Xasay oğlu, 1997-ci il təvəllüdlü Dadaşova Çimnaz Dadaş qızı və Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Vaqifli Fərid Azər oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

10:25

Yevlax rayonunda avtomobillər toqquşub, 1 nəfər ölüb.

Bu barədə Busaat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Yevlax şəhərinin Qaraoğlan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Reno” və “Chevrolet” markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121500