Yunanıstan İsraildən raket sistemləri alacaq

image-kapak_141627backend

Yunanıstan İsraildən “Spike NLOS” raket sistemləri almağa qərar verib.

Busaat.az xəbər verir ki, bu barədə bəyanat Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının növbəti iclasından sonra dərc olunub.

Açıqlamada bildirilir: “İclasda Silahlı Qüvvələrin ehtiyacları üçün “Spike NLOS”un alınması təsdiqləndi və digər silahlanma proqramlarının gedişi ilə bağlı məlumat verildi”.

Görüşdə miqrasiya və meşə yanğınlarına qarşı mübarizə məsələlərinin də müzakirə edildiyi bildirilib.

Yunan mətbuatında ötən aylarda yer alan xəbərə görə, İsrail istehsalı “Spike NLOS” tipli raket sistemlərinin alınması üçün Yunanıstan və İsrail arasında ciddi danışıqlar aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90