Yunanıstanda MEŞƏ YANĞINI!!

image-img_3957backend

Yunanıstanda MEŞƏ YANĞINI: 437 nəfərin yaşadığı kənd təhlükədə Yunanıstanın Zakintos Adasındakı Aqios Leon bölgəsində baş verən meşə yanğını səbəbilə yanğınsöndürmə qrupları qurudan və havadan müdaxiləyə başlayıblar.
“Busaat.az” xəbər verir ki, yanğın adanın dağlıq hissəsində, təxminən 437 nəfərin yaşadığı Aqios Leon yaşayış məntəqəsində başlayıb.
Yanğın barədə məlumat daxil olduqdan sonra Yunanıstan Yanğınsöndürmə Xidməti dərhal hərəkətə keçib. Hadisə yerinə 26 yanğınsöndürən, 9 yanğınsöndürmə maşını, 2 yanğınsöndürmə təyyarəsi və 1 helikopter göndərilib. Yanğının səbəbi hələlik məlum deyil.

Nərmin Səmidova

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki