Zakir Həsənov döyüş hazırlığı üzrə məşğələləri izlədi

image-zbackend

Bu gün Azərbaycanın naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub.

Nazirlikdən Busaat.az-a verilən məlumata görə, müdafiə naziri təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib.

Məruzə edilib ki, atış meydanında şəxsi heyətin döyüş texnikası və müxtəlif növ atıcı silahlardan atış çalışmalarının, həmçinin atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi üçün atış sahələri və taktiki siniflər mövcuddur.

Müdafiə naziri hərbi qulluqçuların vəzifə borclarının dərindən mənimsənilməsi, atəş hazırlığı üzrə normativlərin dəqiq yerinə yetirilməsi, o cümlədən döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.




Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90