Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.35 $▼0.10%
  • WTI neft86.30 $▼0.39%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.225 $▼2.01%
  • Qızıl3 994 $▼1.48%
  • Gümüş51.82 $▼1.33%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin74 389 $▲0.94%
  • Ethereum2 078 $▲1.36%
  • S&P 5007 628▲1.41%
11°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Siyasət

Zaxarova: "Rusiya sülhməramlıları Qarabağda yeni şəraitə uyğunlaşacaqlar"

image-mariya-zaxarova
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son bir ildə Qarabağda vəziyyət kökündən dəyişib və Rusiya sülhməramlılarının regiondakı fəaliyyəti yeni şərtlərə uyğunlaşdırılacaq.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Son bir ildə Qarabağda vəziyyət kökündən dəyişib və Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin oktyabrında Praqada Avropa İttifaqının himayəsi altında keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb. Eyni zamanda, Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Buna görə də Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri əsaslı şəkildə tənzimləndi və bu il 19-20 sentyabr hərbi əməliyyatlarından sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti uyğunlaşdırılacaq”, – rusiyalı diplomat söyləyib.

O bildirib ki, Rusiya sülhməramlı kontingentinin bəzi stasionar və müvəqqəti müşahidə məntəqələri artıq sökülüb.

“Sülhməramlılarla bağlı prinsipial məsələlər, artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”, – deyə Zaxaraova bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124648