Zəfər günü tədbirləri ilə bağlı sürücülərə xəbərdarlıq edildi

image-vaqifbackend

Zəfər günü münasibətilə yürüşün keçirildiyi Neftçilər prospektində bir neçə yol qəzası baş verib.

Busaat.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, dünəndən etibarən “Zəfər günü” tədbirləri ilə əlaqədar küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verilməsinə baxmayaraq bəzi sürücülər məsuliyyətsizlik edirlər: “Nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər. Avtomobil ilə mərkəz istiqamətində hərəkət həm sizin vaxtınızı alacaq, həm də müxtəlif xoşagəlməz hadisələrə səbəb ola bilər”.

V.Əsədov qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində də xəbərdarlıq edib: “Kütəvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq.”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90