Zelenski girovluqdan azad olunan merə orden verdi

image-photo_161805backend

Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl xüsusi əməliyyat nəticəsində rusiyalı hərbçilərin  girovluğundan azad edilmiş Melitopol şəhərinin meri İvan Fedorovu III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edib.

Busaat.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası məlumat yayıb.

Prezident bələdiyyə sədrinə tezliklə sağalıb işinə qayıtmasını arzulayıb. Zelenski Melitopolun işğalının müvəqqəti olduğuna və tezliklə Ukrayna bayrağının şəhərin üzərində yenidən dalğalanacağına inandığını bildirib.

Mer etimada görə prezidentə təşəkkür edib və Melitopolun qaytarılması və Ukraynanın yaxınlaşan qələbəsi üçün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bəyan edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90