Xəbər verdiyimiz kimi, Brüsseldə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
“Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur – avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik”, – Zelenski bildirib.