Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.84 $▼1.50%
  • WTI neft87.18 $▼1.31%
  • Avropa qazı (TTF)86.58 €▼4.81%
  • Təbii qaz (ABŞ)3.158 $▲0.00%
  • Qızıl3 866 $▼0.11%
  • Gümüş47.06 $▼0.56%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 918 $▼0.61%
  • Ethereum1 836 $▲0.06%
  • S&P 5007 497▼0.85%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Zelenski Medvedçuku ukraynalı əsirlərlə dəyişməyi təklif etdi

image-md
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinə dünən saxlanılan rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuku əsir götürülən ukraynalılar ilə dəyişməyi təklif edib.

Busaat.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə növbəti videomüraciətində danışıb.

“Hüquq-mühafizə orqanlarımız və hərbçilərimizin də belə bir ehtimalı nəzərdən keçirməsi vacibdir”, – deyə o söyləyib.

Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenkonun sözlərinə görə isə, Medvedçuku ukraynalı əsirlərlə dəyişməzdən əvvəl ondan ifadə almaq və məhkəmənin hökmünü gözləmək lazımdır.

Xatırladaq ki, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75056