Busaat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib ki, nizamlanma çərçivəsində başqa variant olmadığı təqdirdə Rusiya lideri Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.
“Əgər bu, Ukrayna vətəndaşları üçün sülh yarada biləcəyimiz və insanları itirmədiyimiz yeganə konfiqurasiyadırsa, əlbəttə ki, biz bu konfiqurasiyanı qəbul edəcəyik”, – deyə Zelenski ABŞ və Aİ ilə mümkün sülh danışıqları zamanı Putinlə qarşı-qarşıya oturanda özünü necə hiss edəcəyi sualına cavab verib.
Ukrayna prezidenti əlavə edib ki, bu halda o, Rusiya prezidentinə “yaxşı davranmaz”, çünki o, onu özünə düşmən hesab edir və Putinin də onunla eyni cür rəftar edəcəyinə əmindir.