
Zelenski Trampın imtinasından sonra Avropadan “Tomaqavk” istəyir
ABŞ prezidenti Donald Trampın uzun mənzilli “Tomaqavk” raketlərini Ukraynaya ötürməkdən imtina etməsindən sonra Kiyev bu raketləri Avropa ölkələri ilə müzakirə etməyə başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Uzaq mənzilli silahlara sahib olan təkcə ABŞ deyil, bəzi Avropa ölkələrində də var, xüsusən də “Tomaqavks”. Biz artıq kömək edə biləcək ölkələrlə danışırıq”, – Ukrayna lideri bildirib.
Tramp daha əvvəl demişdi ki, ABŞ ordusu 6 aydır uzaqmənzilli Tomaqavk raketlərindən istifadə etmək üçün təlim keçib, lakin bu bilikləri digər ölkələrlə bölüşməyəcək.
Yeganə






















