
Zelenski ümumxalq sükut dəqiqəsi haqqında fərman imzalayıb
Vladimir Zelenski Vətən müharibəsində həlak olan bütün ukraynalıların xatirəsinin ümumxalq sükutla yad edilməsi haqqında fərman imzalayıb.
Busaat.az xəbər verir ki, bundan sonra hər gün səhər saat 9.00-da rus işğalçılarına qarşı mübarizədə azad Ukrayna uğrunda canlarını verən ukraynalılar yad ediləcək.
Bu barədə o, martın 16-da videomüraciətində bildirib.
“Hər səhər saat 9-da dövlətimizin uğrunda canlarını verən ukraynalıları, bütün döyüşənləri, bütün hərbçiləri və bütün mülki şəxsləri, böyükləri və uşaqları xatırlayacağıq. Bu Ukrayna uğrunda həlak olan hər kəsə əbədi xatirədir”.























