“Zelenski və Putinin görüşmək ehtimalı var” – Çavuşoğlu

image-movludbackend

“Ümidimiz ondan ibarətdir ki, əvvəlcə Mariupolda təcili humanitar atəşkəs əldə olunsun, sonra isə Ukraynada müharibə başa çatsın və atəşkəs daimi bərqərar olsun, razılaşma və sülh yolunda diplomatiya üçün fürsət yaransın”.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Biz səylərimizə uyğun olaraq Kuleba və Lavrovu bir daha Antalyada bir araya gətirməkdən xoşbəxt olacağıq. Liderlər səviyyəsində görüş üçün zəmin ən qısa zamanda hazırlanmalıdır. Biz daha əvvəl bildirmişdik ki, konfransa ev sahibliyi etmək istəyirik. Rusiya və Ukraynaya hər iki səfərim nəticəsində, əlbəttə ki, müharibələr haqqında qəti bir şey söyləmək çətin olardı, lakin atəşkəsə ümidimiz bir az da artdı.

Ukraynanın bir təklifi oldu. Dünənki təmaslarımda Rusiyanın buna etiraz etmədiyini gördüm. Burada önəmli olan hər iki dövlətin, həm də xalqın qəbul edəcəyi bir razılaşmanın əldə olunmasıdır. İki liderin bir araya gəlməsi ehtimalı var. Cənab Zelenski əvvəldən Putinlə görüşə hazır olduğunu bildirib. Görüşün nə vaxt olacağını təxmin etmək çətindir. Çünki hər iki lider buna hazır olmalıdır. Bu zəmin hazırlanmalıdır və tarixi onlar təyin edəcəklər”, – deyə Çavuşoğlu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90