Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 792 $▲0.08%
  • Ethereum2 238 $▲0.12%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Analitika

Zelenskinin ABŞ-a səfəri: “Bu, Ukraynanın xilası üçündür” – AÇIQLAMA

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Zelenskinin indiki, müharibənin qızğın bir fazasında ABŞ-a səfərini danışıq aparmaq üçün atılan addım olduğunu hesab edirəm”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfər etməsinə münasibət bildirən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov Busaat.az-a açıqlamasında deyib.

image-teleqraf-com1440066282rafael-becanov

O, bildirib ki, Rusiya-Ukrayna müharibəsinə Rusiya-Qərb qarşıdurması kontekstindən baxmaq lazımdır: “Zelenskinin qızğın müharibə getdiyi zamanda xaricə səfər etməsi gözləniləndir. Çünki Ukraynanı Rusiyadan Qərb müdafiə edir. Rusiya hərbi gücünə görə dünyanın əsas dövlətlərindən biridir. Əgər Ukrayna Rusiya qarşısında tək olsa idi, rusların özlərinin iddia etdiyi kimi ən geci on gün ərzində tamamilə işğal olunardı. Qərbin dəstəyi ilə Ukrayna dirəniş göstərdi və artıq Rusiya işğal etdiyi ərazilərdən geri çəkilir”.

Ukrayna qələbə və torpaqlarını işğaldan azad etmək istədiyini qeyd edən ekspert deyib: “Zelenskinin belə bir məqamda ABŞ-a səfərini danışıq aparmaq üçün atılan addım olduğunu hesab edirəm. Müharibənin bir neçə ay sonra 1 ili tamam olsa da, Ukrayna geri çəkilmək niyyətində deyil. Nəinki digər əraziləri, hətta işğal altında olan Krımı da azad etmək istəyən Zelenski dəstək axtarışındadır. Aylardır davam edən müharibə dünya iqtisadiyyatına zərbə vurur. Müharibənin də bir həddi var. Bunu anlayan Qərb Ukraynın danışıqlar masasına oturmasının istəyir. Lakin Ukrayna danışıqlar masasına oturarsa, məğlub tərəf olacağını anlayır. Ona görə də Zelenski Ukraynanın ərazi bütövlüyünün qorunması üçün mübarizə aparır. Dəstək axtarrır və ABŞ-a səfər də bu konteksdədir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94791