Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft100.64 $▲7.53%
  • WTI neft92.19 $▲6.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.987 $▲1.88%
  • Qızıl4 053 $▼2.33%
  • Gümüş51.49 $▼3.02%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.50 ¢▼0.71%
  • Bitcoin75 702 $▼0.24%
  • Ethereum2 229 $▼0.19%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
Siyasət

“Zəngəzur Türk dünyasında kommunikasiya və inteqrasiyasnı gücləndirəcək”

image-ze
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar bütövlükdə Avrasiya üçün mühüm geostrateji perspektivlər açıb. Yaranmış yeni unikal və universal əməkdaşlıq imkanları, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada xalqlar və dövlətlər üçün rifah, inkişaf vəd edir”.

Bu sözləri Busaat.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

“Burada ən əhəmiyyətli nüanslardan biri də odur ki, regionun gələcəyi ilə əlaqədar aydın strateji baxışları olan Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin gerçəkləşdirilməsi istiqamətində üstün geosiyasi iradə nümayiş etdirir. Azərbaycanın təşəbbüsü, liderliyi, moderatorluğu və fəal iştirakı ilə yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması fonunda bölgədə yaranacaq çoxşaxəli tərəfdaşlıq platforması strateji əhəmiyyətə malikdir. Qeyd etdiyim kimi, bu geostrateji şərait Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyanı əhatə edir. Özəlliklə də, bəhs olunan reallıqlar türkdilli dövlətlər arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə olacaq”-deyə, politoloq vurğulayıb.

image-nur

Onun sözlərinə görə, qədim Azərbaycan torpağı olan Zəngəzur Türk dünyasında kommunikasiya və inteqrasiyasnı gücləndirəcək: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada geosiyasi fəallığın artmasına, geoiqtisadi rəqabətin güclənməsinə təkan verəcək. Bəhs olunan tendensiya və proseslər Azərbaycanın regional supergüc kimi beynəlxalq münasibətlərin gələcək inkişafında rolunun artacağını proqnozlaşdırmağa əsas verir”.

Müəllif: Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42388