Zərdüşt Əlizadə qardaşının ölümündən DANIŞDI: “Mən də indi eşitdim”

image-1665055092_88backend

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib.

Bu barədə onun yaxınları məlumat paylaşıb. Qeyd olunub ki, A.Əlizadə ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib.

Məsələ ilə bağlı Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxladıq. Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bununla bağlı xəbəri indi eşidib:

“Mən də indi eşitdim. Uzunmüddət idi ki, onunla əlaqəm yox idi. Allah ölənlərinizə rəhmət etsin”.

Zərdüşt Əlizadə qardaşının dəfnində iştirak edib-etməyəcəyi ilə ilə bağlı açıqlama vermək istəmədi.

Qeyd edək ki, hər iki siyasətçi illər idi ki, küsülü idilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90