“ZOOM-la konfransa qatılmaq istədim, internetə görə alınmadı” – Deputat

“ZOOM-la konfransa qatılmaq istədim, internetə görə alınmadı” – Deputatbackend

YAP-çı deputat Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında ölkədə internet xidmətinin yarıtmazlığından şikayət edib. 

Busaat.az xəbər verir ki, o bildirib ki, bu yaxınlarda ZOOM proqramı vasitəsilə konfransa qatılmaq istəsə də, bu baş tutmayıb: “Mən dərhal texniki işçiləri çağırdım. Məlum oldu ki, həmin provayder müqavilədə göstərildiyindən çox internet verir, ancaq bu trafik faktiki olaraq yoxdur. Müqaviləni elə kiçik şriftlərlə yazırlar ki, başa düşmək olmur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki