
1/4 finalın iki cütlüyü bilindi - Bakıya bu komandalar gəlir
Avro-2020-də bu gün keçirilən 1/8 final mərhələsinin oyunlarından sonra 1/4 finalın iki cütlüyü müəyyənləşib.
Busaat.az xəbər verir ki, Niderlanda 2:0 hesabı ilə qalib gələn Çexiya növbəti mərhələdə Danimarkaya rəqib olub. Bu komandalar arasında görüş iyulun 3-ü Bakı Olimpiya Stadionunda keçiriləcək.
1/8 finalın digər qarşılaşmasında isə Belçika son çempion Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala adını yazdırıb. Roberto Martinesin baş məşqçisi olduğu komanda növbəti mərhələdə iyulun 2-i Münhendə İtaliya ilə qarşılaşacaq.























