“Bavariya”nın hücumçusu Harri Keyn kluba keçidini şərh edərək, komandanın qalibiyyət mentalitetini bəyəndiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
“Dünyanın ən böyük klublarından biri olan “Bavariya”nın bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Həmişə demişəm ki, karyeram boyu yarışmaq və ən yüksək səviyyədə çıxış etmək istəyirəm. Bu klubun qalibiyyət mentaliteti var. Burada olmaqdan çox məmnunam “,-deyə sayt yazıb.
Qeyd edək ki, 30 yaşlı Keyn bu gün rəsmi olaraq “Bavariya”nın futbolçusu olub. Onun yeni komandası ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. “Bavariya”da Keyn doqquzuncu nömrə altında oynayacaq. Mətbuatın yazdığına görə, transfer 100 milyon avro təşkil edib.