18 yaşlı qız su kanalında batdı

image-sukanali2backend

Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A. Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90