Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.80 $▼6.65%
  • WTI neft85.99 $▼5.83%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.208 $▲6.12%
  • Qızıl4 149 $▲0.37%
  • Gümüş53.42 $▲0.57%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 803 $▲0.10%
  • Ethereum2 127 $▲0.10%
  • S&P 5007 571▲2.66%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

image-ifmlda8tvc114dp0waswgosysrjbklneqtnvoeci_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

Busaat.az xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.

Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179293