
287 uşaq sosial müəssisələrdən öz ailələrinə qaytarılıb - Rəsmi
1 noyabr 2019-cu ildən 196-sı oğlan, qalanı qız olmaqla 391 uşaq övladlığa götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Busaat.az-a verilən məlumata görə, reinteqrasiya tədbirləri nəticəsində isə 287 uşaq müəssisələrdən öz ailələrinə geri qaytarılıb.
“Hazırda ölkəmizdə “Himayədar ailə” modelinin də tətbiqinə hazırlıq işləri aparılır. Məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaradılmasıdır”, – rəsmi məlumatda bildirilib.






















