Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 942 $▼3.34%
  • Ethereum1 852 $▼3.92%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

3+3 formatında növbəti görüş yaxın aylarda baş tuta bilər - Rusiya XİN

image-rusiya-xin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi Qafqaz üzrə 3+3 formatının ikinci sessiyası (Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və İran) yaxın aylarda baş tuta bilər.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəhbəri Denis Qonçar TASS-a bildirib.

Qonçar deyib ki, hazırda təşkilati işlər davam etdirilir: “Biz görüşün yaxın aylarda baş tutacağını gözləyirik. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana da dəvət göndərilə bilər”.

3+3 formatında ilk görüş 2021-ci ildə Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilib. Lakin Gürcüstan sessiyadan imtina edib və iştirak etməyib.

“Xatırladaq ki, 2021-ci ilin dekabrında keçirilən ilk iclasda ümumi maraq doğuran mövzuların – ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, ümumi çağırış və mövcud təhlükələrlə mübarizənin müzakirəsi barədə qərar qəbul edilib” – deyə, Qonçar əlavə edib.

XİN rəsmisi bildirib ki, Rusiya regionun tranzit potensialından istifadəyə xüsusi önəm verir və nəqliyyat marşrutlarının bərpası buna öz töhfəsini verəcək.

Qonçar əlavə edib ki, enerji sahəsində birgə iş perspektivləri də böyük maraq doğurur.

“Belə əməkdaşlıq çoxtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın möhkəmlənməsinə töhfə verəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək” – deyə, Qonçar sözlərini tamamlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93592