
5 futbolçumuz ŞƏHİD oldu - YENİ AÇIQLAMA
Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçimiz müxtəlif vaxtlarda AFFA tərəfindən təşkil olunan liqaların və turnirlərin iştirakçısı olub.
Busaat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bunlar Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynovdur. Allah rəhmət eləsin!























