5 ölkə Türkiyəyə qarşı – Qırıcılar və gəmilərdən atəş açıldı

5 ölkə Türkiyəyə qarşı – Qırıcılar və gəmilərdən atəş açıldıbackend

Yunanıstan, Misir, Fransa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Cənubi Kipr Şərqi Aralıq Dənizində birgə hərbi təlimlər həyata keçiriblər.

Busaat.az xəbər verir ki, təlimlərdə dəniz və hava qüvvələrinə aid gəmilər, döyüş təyyarələri və digər hərbi avadanlıqlar sınanılıb.

Sözügedən təlimlər 2017-ci ildən bəri Yunanıstan, Misir və Cənubi Kipr tərəfindən həyata keçirilirdi. Bu il təlimlərə Fransa və Birləşmiş Ərəb Əmirlikləri qatılıb.

Misir Baş Qərargahının sözçüsü “Twitter” hesabında MEDUSA-10 adı verilən hərbi təlimlərdən maraqlı fotolar paylaşıb.

Yunanistan Baş Qərargah rəisi Konstantinos Floros da təlimlərlə bağlı tvit paylaşıb. “Twitter” mesajının son cümləsi diqqət çəkib. O, Türkiyəni birbaşa hədəf alaraq, “Şərqi Aralıq dənizindəki təhlükəsizlik və sabitliyə güclü bir mesaj”, – deyə bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90