“50 min manat nə böyük puldur ki?!” – VİDEO

image-sebnem88backend

Şəbnəm Tovuzluya xanım pərəstişkarının dəyəri 50 min manatlıq xarici markalı avtomobil hədiyyə etməsinin səs-küyü hələ yatmayıb. Ondan “Range Rover”i hədiyyə alan Afət Fərmanqızı buna inanmadığını və xəbərib yalan olduğunu bildirib.

Busaat.az Bizim.media-ya istinadla xəbər verir ki, Şəbnəm “Maqazin plyus” verilişində bu məsələyə aydınlıq gətirib.

“Yaxın zamanda mənə hədiyyə verən Gülü adlı xanım pərəstişkarımla onu tanış edərəm. Xanımın mənə sevgisi, dəyəri varsa, 50 min manat nə böyük puldur?! Mən o avtomobildən atama 3 və ya 4 dənə alaram. Əgər özüm 130 min dollarlıq avtomobil sürürəmsə, atama 50 min manatlıq maşın ala bilmirəm? İstəmirəm məni Afət xanımla üz-göz edəsiniz. Ona hörmətim var”.

Daha sonra müğənni Gülü adlı xanım pərəstişkarına videozəng edib. Gülü xanım isə gəzən söz-söhbətlərə bu açıqlaması ilə son qoyub:

“Nəyə görə içimdən gələn bir hədiyyəni sevdiyim və istədiyim müğənniyə verməyim?! Onlar belə xoş olmayan şeylər danışıb, maskalarını açıb, paxıllıqlarını göstərdilər. Nə üçün belə şeylər yaranır? Mən istəmişəm və Şəbnəm xanıma, daha doğrusu onun atasına bu avtomobili hədiyyə vermişəm. İçimdən gəlib, belə bir hədiyyə etmişəm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki