Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.60 $▼6.85%
  • WTI neft85.80 $▼6.03%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.203 $▲5.95%
  • Qızıl4 121 $▼0.30%
  • Gümüş53.00 $▼0.22%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 551 $▼0.94%
  • Ethereum2 115 $▼0.83%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

7 uşaqlı atanın 9325 manat aliment borcu yığıldı - Həbs edildi

image-aliment
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sabirabadda 10 ilə yaxındır boşansa da, keçmiş arvadı ilə qalan övladlarına aliment ödəməyən kişi həbs edilib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Axtaçı kənd sakini 1984-cü il təvəllüdlü R.Baxışov Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarının qəsdən icra edilməməsi) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, R.Baxışov 2009-cu ildə evlənib. Bu izdivacdan 2009 və 2010-cu il təvəllüdlü övladları dünyaya gəlib. Lakin nikah 2013-cü ildə pozulub. Bundan sonra uşaqlar anası ilə qalıb və məhkəmə qətnaməsi ilə onların saxlanmasına görə anaya 160 manat aliment verilməsi qərara alınıb.

Lakin geridə qalan müddətdə R.Baxışov aliment ödəməkdən boyun qaçırıb və onun 9325 manat aliment borcu yığılıb. O, həmçinin yenidən evlənib. Bu nikahdan isə 5 övladı doğulub.

R.Baxışov keçmiş arvadının şikayəti əsasında daha əvvəl 10 günlük inzibati həbs edilib. Bundan başqa, aliment ödəmədiyinə görə əlavə 500 manat cərimələnib. Lakin R.Baxışov buna baxmayaraq yenə də ödəniş etməyib.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə bu dəfə ona 8 ay həbs cəzası verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178692