Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 692 $▲0.91%
  • Ethereum1 808 $▲2.25%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“70 yaşı var, deyir ki, ərə getmək istəyirəm, sən ərə yox, gora get…”

image-1110662
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“8 mart günü münasibəti ilə qadınlarımızı ürəkdən təbrik edirəm. Gözəl həyat yoldaşı olsunlar. Vətənimizə yaxşı övladlar böyütsünlər. Qadınlar özlərini Azərbaycan xalqına layiq aparsınlar, yüngüllük etməsinlər. Bu Azərbaycan qadınlarına yaraşan hərəkət deyil. Azərbaycan qadını tarixən güclü olub, əlinə silah götürüb, cəbhəyə gedib”.

Busaat.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova deyib.

“Bu gün “Bu şəhərdə”-nin Heydər Əliyev adına sarayda keçiriləcək konserti olacaq. Prodüsser Müşfiq Abbasov məni ora dəvət edib ki, çıxış edim. Onlar hər dəfə məni təbrik edirlər. Bu gün də bir çox idarələrdən, nazirliklərdən rəhbərlik etdiyim təşkilata gəlib, mənə gül dəstələri gətirib, ünvanıma xoş sözlər deyiblər. Azərbaycan xalqından çox razıyam, ölkəmlə fəxr edirəm. Həyatımı onların yolunda qurban verməyə hazıram. 102 yaşım var, arzum odur ki, xalqım firavan yaşasın, rifah halı gözəlləşsin, vətənim azad nəfəs alsın” deyə 102 yaşlı veteran deyib.

Müharibə veteranı efirlərdə yayımlanan evlilik verilişlərini sərt tənqid edib.

“Qadınlar televiziya vasitəsilə efirə çıxıb ərə gedirlər. Bu biabırçılıqdır, Azərbaycan qadını adına bir ləkədir. Deyir ki, 75 yaşım var, ərə getmək istəyirəm. Sən ərə yox, gora get. Qoca kişidir, arvad almaq istəyir. Nifrət edirəm, baxıb əsəbləşirəm. İstər 1941-1945-ci illər müharibəsində, istərsə də 1-ci və 2-ci Qarabağ müharibəsində kişilər gedib həlak oldu, qadınları onların yolunu gözləyə-gözləyə dünyadan köçdülər. Bəs onların yerinə olsaydınız nə edərdiniz? Onlar bəs qadın deyildi? Onlar əsl Azərbaycan qadınları idi. Mən özüm də cavan yaşımda yoldaşımı itirib, 4 uşaqla tək qalmışam. Heç vaxt evlənmək ağlımdan keçməyib. Yaşlı insanlar cavanları evləndirməlidirlər. O aparıcıları o qədər oxlovla döyərəm ki.. Belə veriliş aparmazlar. Bizə xarici vətəndaşlar da baxır. Efirlərdə bədii şuralar olmalıdır” deyə Fatma Səttarova deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103339