
ABŞ Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayır
ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir.
Busaat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Biz Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa Şurası rəhbərinin addımlarını alqışlayırıq. Bu missiya tərəflər arasında etimadın yaradılmasına xidmət edir və Azərbaycanla Ermənistan arasında danışıqlara töhfə verməyə davam edəcək” -deyə, Patel bildirib.
Xatırladaq ki, Avropa Şurasının bəyanatına əsasən, Aİ-nin mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayacaq və iki ay davam edəcək.
Busaat.az























