ABŞ-da seçkilərin nəticələri təsdiqləndibackend

ABŞ Seçicilər Kollegiyası ölkədə keçirilmiş səsvermənin nəticələrini təsdiq edib. Ona əsasən demokrat Cozef Bayden dövlət başçısı olacaq.Busaat.az xəbər verir ki, belə bir qiymətləndirmələri “CNN” telekanalı təqdim edib.

Bayden 302, hazırkı Prezident Donald Tramp isə 232 səs toplayıb. ABŞ Prezidenti olmaq üçün namizəd 270 səs toplamalıdır.

Seçkidə məğlubiyyətini qəbul etməyən Tramp Seçicilər Kollegiyasının Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcəyini bildirmişdi.