ABŞ-da silah zavodunda partlayış

image-28backend

ABŞ-da silah zavodunda partlayış baş verib.

Busaat.az “Associated Press”ə istinadən xəbər verir ki, partlayış  Arkanzas ştatının Kamden şəhərində yerləşən müdafiə sənayesi zavodunda qeydə alınıb.

Partlayışda iki nəfər yaralanıb, bir nəfər itkin düşüb.

Məlumatda bildirilir ki, zavodda 155 mm və 105 mm çaplı artilleriya mərmiləri və digər pirotexniki vasitələr istehsal edilib.

Zavodun nümayəndəsi qeyd edib ki, hazırda insident nəticəsində baş verən bütün hallar fövqəladə hallar xidmətləri və polis orqanları tərəfindən araşdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki