Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.84 $▲1.20%
  • WTI neft85.69 $▲0.80%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.180 $▲3.01%
  • Qızıl3 853 $▼0.64%
  • Gümüş47.23 $▼0.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 789 $▼1.61%
  • S&P 5007 311▼1.47%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

ABŞ-dan Rusiyaya sonuncu xəbərdarlıq: qarşıda 2 yol var...

image-1644660921_1643738478_ap22021397567474_wide-4f2d4d1c480c1ff3ff5fadc86197f4e31068a5d0-s1100-c50
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla növbəti dəfə Ukrayna məsələsini müzakirə edəcək.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ rəsmisi Ukraynanın işğalı ilə bağlı narahatlıqların kölgəsində rusiyalı həmkarı Lavrovla bir daha görüşəcəyini açıqlayıb və vəziyyətdən narahat olduqlarını dilə gətirib:

“Biz narahatedici əlamətlər, o cümlədən Ukrayna sərhədləri ətrafında yeni qüvvələrin gəlməsini görməyə davam edirik.

Prezident Putinin işğal qərarını verib-vermədiyini bilmirik. Amma biz bilirik ki, o, çox qısa müddətdə fəaliyyət göstərmək qabiliyyətini aktivləşdirib. Biz hər nöqtədə diqqətimizi səfirliyimizə yönəltməyə çalışırıq”.

Blinken qarşıda 2 yol olduğunu söyləyib:

“Rusiyanın hər an Ukraynaya hücum potensialı var. Ümid edirəm ki, bunu etməyəcəklər və diplomatiyaya üstünlük verəcəklər. Hücum etməyi düşünürlərsə, bunun böyük nəticələri olacaq. Biz bütün tərəfdaşlarımız və müttəfiqlərimizlə əməkdaşlıq edərək buna hazır olduğumuzu bəyan etmişik. Biz Rusiya ilə fikirlərimizi bölüşdük. Onlar bunu etsələr, dünya səviyyəsində reaksiya ilə qarşılaşacaqlar.

Nazir Lavrovla görüşümüzlə bağlı bunları deyə bilərəm ki, biz mümkün qədər açıq danışdıq. Yenə deyirəm, bu, Rusiyanın fəaliyyətinin yaratdığı böhrandır. Qarşıda bizi 2 yol gözləyir. Diplomatiya və dialoq yolu. Prezident Putin özü qərar verəcək. Biz hər iki yola hazırıq. Hansı yolun daha problemli olduğu aydındır. Biz hər iki imkana açığıq”.

ABŞ dövlət katibi həmçinin bildirib ki, Ukrayna işğal edilərsə, Vaşinqton və onun müttəfiqlərinin Rusiyaya qarşı “hər an” başlada biləcəyi cəza sanksiyaları “sürətlə” tətbiq olunacaq.

Qeyd edək ki, A.Blinken dünən verdiyi açıqlamada Rusiyanın Ukraynaya müdaxiləsinin Pekin Qış Olimpiya Oyunları zamanı başlaya biləcəyini bildirib. Ölkə.Az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71042