ABŞ-dan vacib ŞƏRH: “Azərbaycan və Ermənistan sülh üçün cəsarətli addımlar atır”

image-bayramov-blinken-mirzoyan1backend

 Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün cəsarətli addımlar atır.

Busaat.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında baş tutan görüşdən sonra bildirib.

ABŞ diplomatı qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir.

“ABŞ Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq həqiqətən davamlı sülhə aparan ən yaxşı yoldur və biz bunu dəstəkləməkdən çox məmnunuq. Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi müstəqilliyini qətiyyətlə dəstəkləyir və 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının təmin edilməsində vacib məqam oldu. Hesab edirəm ki, Dağlıq Qarabağda 30 ildən artıq davam edən münaqişənin çox böyük insan, maddi itkiləri və dərin izləri olduğunu söyləmək düzgün olar. Ancaq indi görürük ki, hər iki ölkə keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaq üçün çalışır. Bu çalışmalar real və cəsarətli addımlardır. Hər iki ölkə bu məqsədlə Cənubi Qafqazın daha parlaq gələcəyi üçün çalışır. Sadəcə olaraq deyərdim ki, Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi bu səylərdə dəstək olmaq üçün əlindən gələni etməyə sadiqdir. Sizinlə davamlı sülhə gedən yolda addımlamaq, bacardığımız qədər kömək etmək məncə, daha yaxşı, daha parlaq gələcək vədidir. Mən həm sizi, həm də hökumətlərinizi həmin hədəfə çatmaq üçün göstərdiyiniz cəsarət və qətiyyətə görə alqışlayıram” – deyə, Blinken bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki