ABŞ-də ictimai binalara bomba qoymaqla hədələyən şəxs Peruda tutuldu

image-abs-polisibackend

ABŞ-də məktəblərə, sinaqoqlara və ictimai binalara 150-dən çox bomba hədəsi edən şübhəli Peruda saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti yazılı açıqlama yayıb.

Bildirilib ki, Peruda yaşayan 33 yaşlı Eddi Manuel Nunez Santos onlayn oyun platformasında ABŞ qızları ilə əlaqə saxlayıb.

Prokurorlar Nunez Santosun danışdığı qızlardan “cinsi məzmunlu” fotoşəkillər istəməsinin və ona fotoşəkil göndərməyən uşaqları məktəblərinə bomba göndərməklə hədələdiyinin müəyyən edildiyini bildirib.

Sentyabrın 15-dən ABŞ-də məktəblərə, sinaqoqlara və ictimai binalara 150-dən çox bomba təhdidi edən Nunez Santosun bu hərəkətləri nəticəsində bəzi binalar boşaldılıb.

Federal Təhqiqatlar Bürosunun (FTB) başlatdığı istintaqın ardından Nunez Santos Perunun paytaxtı Limada saxlanılıb.

Şübhəli şəxs “təhdid və saxta mesajlar göndərmək” və “uşaqlara qarşı cinsi zorakılığa cəhd” daxil olmaqla, 5 ittihamla ittiham olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90