Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.41 $▼6.03%
  • WTI neft86.49 $▼5.28%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 138 $▲0.12%
  • Gümüş53.33 $▲0.40%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 973 $▼0.38%
  • Ethereum2 123 $▼0.42%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

ABŞ Fələstin pasportu sahiblərinə viza verilməsini dayandırıb 

image-abd-vize-1511959
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidenti Donald Tramp administrasiyası Fələstin pasportu sahibləri üçün qeyri-immiqrasiya vizalarının təsdiqini dayandırıb. “The New York Times” qəzetinin məsələ ilə tanış olan 4 ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası Qəzzalılar üçün bütün ziyarət vizalarının dayandırıldığını elan edərək, bununla bağlı daha bir addım atıb.

Busaat.az xəbər verir ki, avqustun 18-də ABŞ Dövlət Departamenti bütün ABŞ səfirliklərinə göndərilən memorandumda İordan çayının qərb sahilindən və Fələstin diasporundan olan şəxslər üçün qeyri-immiqrasiya vizasının rəsmiləşdirilməsinin dayandırılmasını əmr edib.

ABŞ vizasının ləğvi

ABŞ Dövlət Departamenti avqustun 29-da sentyabrda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edən Fələstin rəsmilərinin vizalarının ləğv edildiyini açıqlayıb.

Bəyanatda deyilir: “ABŞ qanunlarına uyğun olaraq, dövlət katibi Marko Rubio qarşıdan gələn BMT Baş Assambleyası ərəfəsində Fələstin Azadlıq Təşkilatı və Fələstin Muxtariyyəti üzvlərinin vizalarını rədd edib”.

ABŞ-ın bu qərarı fələstinlilərin tənqidinə səbəb olub.

Bu arada ABŞ Dövlət Departamenti avqustun 16-da Qəzza əhalisinə hər cür ziyarət vizalarının verilməsini dayandırdığını elan etmişdi.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171030