
ABŞ-ın Ermənistandakı səfirliyi: Laçın dəhlizinin bağlanması sülh prosesinə mane olur
Vaşinqtonun fikrincə, Qarabağı Ermənistanla birləşdirən Laçın yolunun bağlanması sülh prosesinə mane olur və beynəlxalq etimadı sarsıdır.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Azadlıq Radiosunun erməni xidməti yayıb.
Azadlıq Radiosunun sorğusuna cavab olaraq ABŞ-ın Ermənistandakı səfirliyi bildirib ki, ABŞ Laçın yoluna çıxışın bloklanması və vəziyyətin humanitar nəticələrindən narahatdır.
Səfirlik əlavə edib ki, onlar sözügedən yolda sərbəst hərəkətin tam bərpasına çağırır və bütün məsələlərdə danışıqların yeganə irəliləyiş yolu olduğunu bildirirlər.
Busaat.az























