ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

image-sankbackend

ABŞ Rusiyadakı xarici banklara qarşı dekabr proqramını genişləndirmək qərarına gəlib.

Busaat.az “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin beynəlxalq iqtisadiyyat üzrə keçmiş baş direktoru Peter Harrell açıqlama verib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden dekabr ayında imzaladığı sərəncamla Rusiyanın işğalçı siyasətinə kömək etdiyi güman edilən 1200-ə yaxın şəxs və şirkətlə işləyən banklara sanksiya tətbiq edib. Yeni qərardan sonra ümumilikdə 4500-ə yaxın müəssisəyə sanksiya tətbiq olunmuş hesab olunacaq.

Analitiklər hesab edir ki, ABŞ-nin bu qərarından sonra Moskvanın müharibəni davam etdirməsi çətinləşəcək. Həmçinin yeni qərar Rusiya iqtisadiyyatını zəiflədəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki