Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.34 $▼0.06%
  • WTI neft82.25 $▼0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.385 $▲0.36%
  • Qızıl3 732 $▼0.21%
  • Gümüş45.26 $▲0.38%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda584.75 ¢▲0.17%
  • Bitcoin63 333 $▲0.56%
  • Ethereum1 795 $▲1.12%
  • S&P 5007 324▼0.23%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

ABŞ ÜST-ə maliyyə yardımını dayandıra bilər

Donald Tramp
Donald Tramp
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası fonunda “Çin tərəfdarı” olmaqda günahlandırdığı Ümumdünya Səhiyyə Təşkilatına köçürdükləri vəsaitləri dayandıracaqlarını bəyan edib.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Ağ Evdə günlük keçirilən mətbuat konfransında bildirib.

ÜST-nin koronavirus epidemiyası ilə əlaqədar bəzi çağırışlara gecikdiyini bildirən Tramp təşkilatın ABŞ-ın Çinə tətbiq etmək istədiyi səyahət qadağasına da qarşı çıxdığını xatırladıb. O, həmçinin ÜST-ü “Çin yönümlü” fəaliyyət göstərməkdə günahlandırıb.

“ÜST-nin fəaliyyətinə nəzər salacağıq. Bununla birlikdə ÜST-ə ayırdığımız vəsaitləri böyük ölçüdə dayandıracağıq”,- deyə Amerika lideri açıqlamasında qeyd edib.

Jurnalistlərin bu istiqamətdə suallarını təkrarlamasından sonra Tramp səs tonunu yumuşaldaraq, “bunu qətiliklə edəcəyimizi söyləmirəm, amma bunu etməyi düşünəcəyik” deyə sözlərinə əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=7717