Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 005 $▼1.79%
  • Ethereum1 896 $▼1.61%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

ABŞ və Rusiya XİN rəhbərləri bir ildən sonra ilk dəfə görüşdü - Mübahisə etdilər

image-_122929482_hi073240008
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin görüşü Ukraynadakı müharibə ilə bağlı ABŞ və Rusiya nümayəndələri arasında mübahisələrlə yadda qalıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla bir il əvvəl müharibə başlayandan sonra qısa da olsa ilk dəfə görüşüb.

Məlumata görə Blinkenin Lavrova deyib: “ABŞ nə qədər vaxt aparsa da, Ukraynanı dəstəkləyəcək”.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi görüşün 10 dəqiqə davam etdiyini bildirib.

Blinkenin Rusiyada həbsdə olan ABŞ vətəndaşı Paul Whelan-ın azadlığa buraxılmalı və Rusiyanın geri çəkildiyi nüvə silahlarına nəzarət müqaviləsinə qayıtmalı olduğunu dediyi bildirilib.

Lavrovun cavabının nə olduğu bildirilməyib. Eyni rəsmi əlavə edib ki, Rusiyanın yaxın zamanlarda mövqeyini dəyişəcəyinə dair heç bir əlamət yoxdur.

İkili sonuncu dəfə ötən ilin yanvarında Cenevrədə görüşüb.

Avropa İttifaqı ilə yanaşı dünyanın ən zəngin 19 ölkəsindən ibarət olan G20 qlobal iqtisadiyyatın 85 faizini və dünya əhalisinin üçdə ikisini təmsil edir.

Görüşlər zamanı ABŞ və Rusiyanın xarici işlər nazirləri qarşılıqlı olaraq bir-birini ittiham ediblər.

Lavrov Qərb ölkələrinin diplomatiya əvəzinə təhdid və şantajdan istifadə etdiyini, Blinken isə Rusiyanı “ədalətsiz və qeyri-qanuni” müharibəyə başlamaqda ittiham edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102537